Bank Of Baku

İki nəfərin ölümündə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib

 İki nəfərin ölümündə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib
# 19 yanvar 2016 11:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Aydın Qəhrəmanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

 

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib. Hökm dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, Aydın Qəhrəmanov qeyr-rəsmi nikahda yaşadığı Aidə Yəhyayevanın bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək istəyib. Bunun üçün o, Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. Aidəyə yuxugətirici adı ilə müxtəlif dərmanlar içirib. Həmin vaxt evdə olan Aidənin bacısı qızı Samirə də həmin dərmanlardan istifadə edib. Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, onları xilas etmək mümkün olmayıb. Vəziyyətdən istifadə edən A. Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanov adlı şəxsə satıb. 

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydın Qəhrəmanov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR