Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Lənkəran rayon təşkilatının sədri İman Əliyev həbs edilib.
Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, onun barəsində inzibati qaydada 30 sutkalıq həbs seçilib. Onun sözlərinə görə, İ. Əliyevi dünən Lənkəranda qiymət artımı ilə əlaqədar keçirilən etiraz aksiyasının təşkilində ittiham ediblər.