Milli Məclisin bu gün keçirilən iclasında "Vətəndaşların müraciətləri haqqında" qanuna 9.2-1-ci maddənin əlavə edilməsi müzakirə olunub. APA-nın məlumatına görə, təklif olunan maddəyə görə, barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
Layihə səsə qoyularaq qəbul edilib.