Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Demokrat Partiyası (ADP) Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin dayandırılmasını tələb edir.
APA-nın məlumatına görə, bu barədə partiyanın İdarə Heyətinin toplantısında bildirilib.
İdarə Heyəti 31 Mart soyqırımının bolşeviklərin rəhbərliyi ilə həyata keçirilməsini, Azərbaycan istiqlaliyyətinə qarşı çıxış etdiklərinə, ölkənin Rusiya tərəfindən işğal edilməsində müstəsna rol oynamış və Krımın işğalı ilə bağlı dövlət və milli maraqlarımıza zidd mövqe nümayiş etdirdiyini nəzərə alaraq, Azərbaycanın müvafiq dövlət orqanlarını rus bolşevizminin müasir davamçısı olan Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməyə çağırıb.