Bank Of Baku

Makron Ukraynanın maliyyələşdirilməsi ilə bağlı şübhə yaratmamağa çağırıb

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 27 noyabr 2026 05:45 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın gələcək maliyyələşdirilməsi ilə bağlı şübhə və narahatlıq yaratmamağa çağırıb.

APA xəbər verir ki, o, bu barədə Avropa İttifaqı liderlərinin qurumun növbəti yeddiillik büdcəsi ilə bağlı danışıqlarından sonra keçirilən mətbuat konfransında bildirib.

Makron Fransada prezidentliyə bəzi namizədlərin Ukraynaya Avropa yardımının və maliyyə dəstəyinin məhdudlaşdırılması ilə bağlı çağırışlarını şərh etməkdən imtina edib.

Fransa lideri Parisin Avropa İttifaqı səviyyəsində siyasi təşəbbüslər və Ukraynaya hərbi yardım baxımından həlledici töhfə verdiyini bildirib. Bununla belə, o, Fransanın maliyyə töhfəsinin ən böyük olmadığını etiraf edib.

“Hesab edirəm ki, şübhə və narahatlıq yaratmaq lazım deyil”, – deyə Makron vurğulayıb.

Fransa Prezidenti Ukraynadakı münaqişənin Avropa sakinlərinin təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıdığını bildirərək Kiyevə dəstəyin davam etdiriləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR