Bank Of Baku

Ağcabədidə 58 yaşlı qadın ağır yanıq xəsarəti alıb

Ağcabədidə 58 yaşlı qadın ağır yanıq xəsarəti alıb
# 12 yanvar 2017 08:09 (UTC +04:00)

Ağcabədidə 58 yaşlı qadın ağır yanıq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xocavənd qəsəbəsində baş verib. Yaxınlarının köməkliyi ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılan İbrahimova Zəhra Müzəffər qızına bədənin müxtəlif nahiyələrində  3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

 

Xəstəxanadan APA-ya bildirilib ki, Z. İbrahimovanın səhhəti ağır olduğundan paytaxtdakı xəstəxanalarından birinə göndərilib. Yaxınlarının sözlərinə görə, Z. İbrahimova qaz sobasını yandırarkən ehtiyatsızlıqdan özünü yandırıb.

 
Ağcabədi rayon Prokurorluğundan APA-ya hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR