Bank Of Baku

Ağdaşda seçicilərə qeydiyyatdançıxma vəsiqəsinin verilməsinə başlanır

Ağdaşda seçicilərə qeydiyyatdançıxma vəsiqəsinin verilməsinə başlanır
# 03 may 2016 11:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanacaq.

 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən DSK tərəfindən seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 45–25 gün qalmış dövrü əhatə edir. 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu dövr mayın 4-dən mayın 24-dək olan müddəti əhatə edir. Seçki Məcəlləsinin tələbinə əsasən Mərkəzi Seçki Komissiyası sabaha qədər seçki komissiyalarının səsvermə protokollarının  hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiq etməlidir.

 

Dairə Seçki Komissiyası öz növbəsində nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsini mayın 4-dək başa çatdırmalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR