Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası başlayıb.
APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov gündəliyi elan edərək car məsələlərə yer verib.
İclasın gündəliyində 17 məsələ, o cümlədən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı daxildir.
Məlumatı daxili işlər nazirinin müavini, Milli Koordinator, general-leytenant Vilayət Eyvazov məruzə edəcək.