Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin yaz sessiyasında ilk plenar iclasının gündəliyi açıqlanıb.
Milli Məclisdən APA-ya verilən məlumata görə, fevralın 1-də keçiriləcək iclasın gündəliyinə 16 məsələ daxildir. Bunlar parlamentin intizam və hesablayıcı komissiyalarının tərkibinin təsdiqi, komitə üzvlərinin təsdiqi, Çin, Monteneqro və BMT ilə imzalanan bir sıra sənədlərin təsdiqi, o cümlədən Tikinti və Şəhərsalma, Miqrasiya məcəllələrinə və "Polis haqqında” qanuna dəyişikliklərdir.