Bank Of Baku

Azərbaycan müdafiə nazirinin səlahiyyətləri azaldılır

Azərbaycan müdafiə nazirinin səlahiyyətləri azaldılır
# 23 yanvar 2017 11:50 (UTC +04:00)

Azərbaycanın Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində dəyişiklik edilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə dəyişiklik edilməsi ilə bağlı təkliflər sənədi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən parlamentə təqdim olunub.

 

Dəyişikliyə əsasən, Nizamnamənin 17-ci maddəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin qoşun növü komandanları (rəisləri), Müdafiə Nazirliyinin bilavasitə müdafiə nazirinə tabe olan idarələrin rəisləri tabeliklərində olan hərbi qulluqçular üçün korpus komandirinin, müdafiə nazirinin müavinlərinə bilavasitə tabe olan idarələrin rəisləri isə diviziya komandirinin intizam səlahiyyətindən istifadə edirlər” cümləsində “müdafiə naziri” sözləri “müvafiq icra hakimiyyəti orqanının rəhbəri” sözləri ilə əvəz edilir.

 

18-ci maddədə də “Azərbaycan Respublikasının müdafiə naziri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları barədə, Azərbaycan Respublikası milli təhlükəsizlik və daxili işlər nazirləri isə öz tabeliklərində olan qoşun hissələrinin hərbi qulluqçuları barədə bu Nizamnamənin müəyyən etdiyi intizam səlahiyyətindən tam həcmdə istifadə edirlər” cümləsində “müdafiə naziri”, “daxili işlər naziri” və “milli təhlükəsizlik naziri” sözləri çıxarılır, “müvafiq icra hakimiyyətinin orqanının rəhbəri” sözləri ilə əvəz edilir.

 

Nizamnamənin digər maddələrində də buna uyğun olaraq “müdafiə naziri” sözləri “müvafiq icra hakimiyyəti orqanının rəhbəri” sözü ilə əvəz edilir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 1-də müzakirəyə çıxarılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR