Bank Of Baku

Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirə keçirilib

Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirə keçirilib
# 17 fevral 2016 15:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisində “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirə keçirilib.

 

APA-nın məlumatına görə, MM-in sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın aparıcılığı ilə keçirilən iclasda deputatlar, dövlət rəsmiləri və QHT nümayəndələri iştirak ediblər.

 

B. Muradova bildirib ki, ötən müddət ərzində həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Azərbaycan dövləti Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hərtərəfli fəaliyyət göstərməyə çalışıb. O deyib ki, 1994-cü ildə bu faciə soyqırım adlandırılıb: “Müvafiq sənədlərdən sonra bu məsələnin heç də ayrılıqda baş verən hadisə olmadığını, Azərbaycana qarşı erməni millətçilərinin dəyirmanına su tökən beynəlxalq dairələrin məqsədyönlü, ardıcıl, müəyyən hədəflərə söykənən fəaliyyəti olduğunu, Xocalının da məhz bu fəaliyyətin ən dəhşətli nəticələrindən biri olduğunu qəbul etdirdik. Bu ardıcıl siyasət indi də İlham Əliyev tərəfindən davam etdirilir və Azərbaycanın artan nüfuzu imkan verir ki, bu məsələlər daha geniş miqyasda dünyanın bütün qitələrini əhatə etsin. Bu gün heç kəs inkar edə bilməz ki, Xocalı soyqırımı baş verməyib".

 

Çıxış edən deputat Qüdrət Həsənquliyev Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Nizamnaməni ratifikasiya etməyi, Xocalı soyqırımında əli olan hazırkı prezident Serj Sarkisyan haqqında cinayət işinin açılması üçün rəsmi müraciət etməyi təklif edib.

 

Deputat Hikmət Məmmədov isə qeyd edib ki, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 100-cü maddəsindən başqa konkret hüququ mexanizm yoxdur: “Əgər mexanizm yoxdursa, bunu yaratmaq lazımdır. Gerçəklik bizə diktə edir ki, bunu bir neçə mərhələdə etməliyik. Hüquq konkret, hüquq daşıyıcısı subyektiv kateqoriyadır. Biz hüquqla deyil, hüququ yaradanlar və ya hüququ icra edənlərlə işləməliyik. Bunun üçün də Azərbaycan dövləti xüsusi siyasət həyata keçirir, hüquqi-siyasi, hüquqi-diplomatik istiqamətdə işlər görülür”.

 

Çıxış edən digər iştirakçılar da öz təkiiflərini səsləndiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR