Bank Of Baku

Azərbaycan prezidenti “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
# 03 aprel 2014 15:07 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti mövcud qanunların və prezidentin aktlarının “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

 

Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməlidir, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR