Bank Of Baku

Azərbaycan prezidenti İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinə 3,4 milyon manat ayırıb

Azərbaycan prezidenti İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinə 3,4 milyon manat ayırıb
# 01 aprel 2014 15:57 (UTC +04:00)

APA-nın məlumatına görə, 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatı ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR