Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Mixail Zabelinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, M. Zabelin Azərbaycanın ictimai həyatında uzunmüddətli fəal iştirakına görə təltif edilib.