Bank Of Baku

Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib

Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib
# 09 dekabr 2016 12:09 (UTC +04:00)

Bu gün “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib. APA-nın xəbərinə görə, tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə ötən il keçirilmiş forumla və görülmüş işlərlə bağlı hesabat videoçarxı nümayiş etdirilib.

 

 

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifədir: "Könüllük hərəkatı müasir Azərbaycan üçün yenilikdir. Son illər ərzində ölkədə keçirilən bir sıra iri miqyaslı tədbirlərin təşkilində könüllülərin xüsusi rolu olub. Könüllülər arasında tələbə-könüllülərin özünəməxsus yeri var. Bilik, savad, bacarıq hər bir dövlət və cəmiyyətin ən böyük nemətidir. Biz Təhsil Nazirliyi olaraq digər könüllülər təşkilatlarının fəaliyyətini yüksək qiymətləndiririk. Eyni zamanda, tarixi irsimizin öyrənilməsində, ekologiya, sağlam həyat tərzinin aşılanmasında könüllülər aktiv rol oynaya bilər".

 

Nazir 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi oyunları, “Formula 1” Avropa Qran-Prisi və digər tədbirlərdə tələbə-könüllülərin özlərini uğurla sübut edəcəyinə inandığını qeyd edib.

 

Gənclər və idman naziri Azad Rəhimov isə tələbə-könüllülərin fəal iştirakını yüksək dəyərləndirib.

 

Forumda qeyd olunub ki, hazırda 7000-dən artıq könüllü bazaya sahib olan “BİR” könüllülər Bakıda keçirilmiş “Formula 1” üzrə Avropa Qran-Pri yarışlarında 1147 tələbə ilə iştirak edib. Ötən dövr ərzində 63 müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkənin 6 regionunda, 17 təhsil müəssisəsində təmsil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR