Bank Of Baku

Azərbaycan və ABŞ arasında hava nəqliyyatının təşkili ilə əlaqədar prosedur müəyyənləşib

Azərbaycan və ABŞ arasında hava nəqliyyatının təşkili ilə əlaqədar prosedur müəyyənləşib
# 17 may 2016 10:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. 


APA-nın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
 

Sənəd tərəflərin aviasiya şirkətlərinə öz ərazisi üzərindən yerə enmədən uçub keçmək, qeyri-kommersiya məqsədləri üçün öz ərazisində dayanmaq hüquqları verir. Saziş ABŞ aviasiya şirkətləri üçün ABŞ-dan kənarda yerləşən məntəqələrdən, ABŞ-dan və aralıq məntəqələrindən keçməklə, Azərbaycanda yerləşən hər hansı məntəqəyə və ya məntəqələrə, kənar məntəqələrə, habelə Azərbaycanla hər hansı məntəqə və ya məntəqələr arasında yük daşımaq hüququ verir. Saziş Azərbaycan aviasiya şirkətləri üçün də Azərbaycandan kənarda yerləşən məntəqələrdən, Azərbaycandan və aralıq məntəqələrindən keçməklə, ABŞ-da yerləşən hər hansı məntəqəyə, kənar məntəqələrə, habelə ABŞ ilə hər hansı məntəqə və ya məntəqələr arasında yük daşımaları hüququ verir.

 

Bir istiqamətdə və ya gediş-gəliş əsasında hər hansı tərəfin ərazisində başlayan beynəlxalq çarter daşımalarını yerinə yetirən tərəfin istənilən aviasiya şirkəti öz ölkəsinin və ya digər tərəfin çarter qanunlarına, normalarına və qaydalarına riayət etmək seçiminə malik olacaq.


Vitse-spiker Ziyafət Əsgərov deyib ki, terrorçuluqla bağlı halların qarşısını almaq üçün sazişdə məhdudlaşdırıcı müddəalar da nəzərdə tutulub. 

Saziş səsverməyə çıxarılaraq qəbul edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR