Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində Azərbaycan vətəndaşı, Goranboy rayonu Borsunlu kəndindən olan 1971-ci il təvəllüdlü Cəfərov Bəxtiyar Misir oğlu intihara cəhd edib. B. Cəfərovun yaxını, Lisiçansk Azərbaycan Cəmiyyətinin sədri Təbriz Rəsulov APA-ya bildirib ki, onu yaşadığı evdə özünü kəndirdən asan zaman təsadüfən qardaşı görüb və xilas edib.
İntihara səbəb onun xeyli müddətdir Ukraynanı tərk edərək Azərbaycana gələ bilməməsidir. T. Rəsulov bildirib ki, o hazırda nəzarətdə saxlanılır və hər an özünü öldürə biləcək təhlükəsi var: “Onun pasportunun müddəti bitib. Azərbaycana ailəsinin yanına gələ bilmir, vətəndə həll ediləsi ciddi problemləri var. Dəfələrlə aidiyyəti qurumlara, o cümlədən səfirliyə müraciət etsə də heç bir kömək görmür və burda qaldıqca problemləri daha da artır. Ona görə də çıxış yolunu özünü öldürməkdə görüb”.
Qeyd edək ki, Lisiçansk şəhəri Ukraynanın nəzarətindədir.