Bank Of Baku

Azərbaycanda inzibati xətalara görə fiziki şəxslərdən tutulan inzibati cərimənin miqdarı artırılır

Azərbaycanda inzibati xətalara görə fiziki şəxslərdən tutulan inzibati cərimənin miqdarı artırılır
# 10 dekabr 2015 13:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı artırılır.

 

APA-nın məlumatına görə, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı 3 min manatdan artıq ola bilməz.

 

Yeni İnzibati Xətalar Məcəlləsinin layihəsinə əsasən isə manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı 5 min manatdan artıq ola bilməz.

 

Qeyd edək ki, inzibati cərimə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR