Bank Of Baku

Azərbaycanda ödəniş kartı ilə əməliyyat aparan zaman pozuntuya yol verənlərə qarşı cəzalar sərtləşir

Azərbaycanda ödəniş kartı ilə əməliyyat aparan zaman pozuntuya yol verənlərə qarşı cəzalar sərtləşir
# 19 yanvar 2016 07:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda ödəniş kartı ilə valyuta əməliyyatları aparan zaman icbari yığımın ödənilməməsinə görə ağır cəzanın tətbiq edilməsi təklif olunur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən İnzibati Xətalar Məcəlləsinə yeni əlavələr layihəsi təqdim olunub.

 

Məcəlləyə 222.5-ci maddənin ("ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə, fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğin 100%-i miqdarında cərimə edilir") əlavə edilməsi təklif olunur.

 

Layihə Milli Məclisin bu gün keçiriləcək növbədənkənar xüsusi iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR