Azərbaycan qanunvericiliyində ticarət sistemində yeni anlayışlar müəyyənləşdirilir. APA-nın məlumatına görə, bununla bağlı “Elektron ticarət haqqında” qanuna əlavələr təklif edilir.
Qanunun 1-ci (Əsas anlayışlar) maddəsinə əlavə edilən 0.7-ci bəndə görə, POST-terminal-ödəniş kartları vasitəsi ilə əməliyyatların aparılması, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün nəzərdə tutulmuş avadanlıq, hesab olunacaq.
Maddəyə əlavə edilən 0.8-ci bəndə görə isə, - kartlar vasitəsi ilə aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən xidmət mərkəzi (prosessinq fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq kart təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, filialı və ya digər bölməsi, hesab olunacaq.
Maddəyə əlavə edilən 0.9-cü bəndə görə, elektron pul kisəsi – elektron ödənişlərin həyata keçirilməsi məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pulu saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı, hesab olunacaq.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.