Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 1 saylı filialının Məmmədhüseyn Şəhriyar adına kitabxanası rekonstruksiyadan sonra istifadəyə veriləcək.
İdarədən APA-ya verilən məlumata görə, kitab evi tərzində hazırlanan yeni nəsil kitabxananın əsas ideyası 5 minə yaxın yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi olacaq.
Oxucuya sərbəst seçim imkanı verən məkan müasir kompüterlərlə, sürətli internet, Wifi zona ilə təmin olunub və istifadəçinin hər sahədə daha geniş məlumat əldə etməsinə qulluq edəcək.
Kompleksə daxil olan Asudə Vaxt Mərkəzi isə ərazi sakinlərinə şahmat, xarici dil, rəqs və digər dərnəklərə üzv olmaq imkanı yaradacaq. Kompleks müasir kafe ilə də təmin olunub.