Bank Of Baku

Bakıda “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirilir - VİDEO - FOTOSESSİYA

Bakıda “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 23 avqust 2013 08:29 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, ATƏT Bakı Ofisinin rəhbəri Koray Targay, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltz və bir sıra rayonların icra başçıları iştirak edirlər.

 

Açılış mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər ölkənin növbəti beş illik taleyini həll etdiyi üçün dövlət bu prosesə həssas yanaşır: “Seçkilərə qədər kifayət qədər tədbirlər həyata keçirilib. Seçkilərin qarantı ölkə başçısıdır. Ölkə başçısı vətəndaşların seçmək və seçilmək hüququnun təmin olunmasının təşkilini həyata keçirir. Seçkilərin ədalətli və şəffaf keçməsi üçün MSK üzvlərinin, eyni zamanda bu sahədə məsuliyyətli olan qurumlarım əlində əsas yoxdur ki, seçkiləri yüksək səviyyədə təşkil etməsin. Çünki bütün imkanlar dövlət tərəfindən yaradılıb”.

 

Məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil ediləcək. Bu sessiyaların keçirilməsində məqsəd icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi haqqında fikir mübadiləsi aparmaqdır.

 

Məlumat sessiyalarının avqustun 27-də Mİngəçevirdə və avqustun 30-da Şirvan şəhərində müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün keçirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR