Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu maddəsinə əlavə təklif edilib.
Əlavəyə əsasən, kütləvi informasiya vasitəsinin istehsalı və yayımının müvəqqəti dayandırılması, yaxud ona xitam verilməsi yalnız təsisçinin, məhkəmənin qərarından başqa “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio sahəsində müvafiq dövlət orqanını qərarı ilə də baş tutacaq.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq.