Bank Of Baku

BAXCP: Düşmənin maraqlarına xidmət edən istənilən addım Vətənə, xalqa xəyanətdən başqa bir şey deyil

BAXCP: Düşmənin maraqlarına xidmət edən istənilən addım Vətənə, xalqa xəyanətdən başqa bir şey deyil
# 11 aprel 2016 14:17 (UTC +04:00)

Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi  (BAXCP)  İdarə Heyətinin növbəti iclası keçirilib.

 

 BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi və cari məsələlər müzakirə olunub.

 

İctimai-siyasi məsələlərin müzakirəsi çərçivəsində cəbhə bölgəsində baş verən son hadisələri qiymətləndirən  BAXCP İdarə Heyəti Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyatların böyük qələbəyə doğru aparan yolda mühüm addım olduğunu bəyan edib.

 

 BAXCP İdarə Heyəti son hadisələrdən sonra imzalanan atəşkəs sazişində işğal altında olan Azərbaycan torpaqlarında formalaşdırılmış separatçı rejimin təmsilçilərinin tərəf kimi iştirak etməməsini, sənədin yalnız işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan tərəfindən imzalanmasını da ölkəmizin uğuru kimi qiymətləndirir: “Bununla yanaşı, hesab edirik ki, Azərbaycan əldə etdiyi üstünlükdən, xalqımızın ruh yüksəkliyi və mübarizə əzmindən, eləcə də Ermənistan cəmiyyətində hökm sürən dərin mənəvi-psixoloji böhrandan istifadə edərək, qısa bir müddət ərzində işğal altında olan torpaqlarımızın azad edilməsini tələb etməlidir”.

 

 BAXCP İdarə Heyəti baş verən hadisələr müstəvisində Milli Şura üzvlərinin və onlarla eyni düşüncəni bölüşən bir qrup insanın öz məhdud siyasi maraqlarından çıxış edərək, işğalçı Ermənistanı düşdüyü dərin mənəvi-psixoloji böhrandan çıxarmaq üçün sərgilədikləri davranışlardan təəssüfləndiyini bildirib: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarını fəda edən olan qəhrəman əsgər və zabitlərimizin şəhadətinin işğalçı ordunun itkiləri ilə müqayisə edilməsi çox böyük ləyaqətsizlikdir. Belə yanaşma birmənalı olaraq işğalçı Ermənistanın yenidən toparlanmasına, düşdüyü böhrandan xilas olmasına xidmət edir. Düşmənin maraqlarına xidmət edən istənilən addım isə Vətənə, xalqa xəyanətdən başqa bir şey deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR