Bank Of Baku

BAXCP Neft Fondunun səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsini təklif edib

BAXCP Neft Fondunun səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsini təklif edib
# 08 fevral 2016 14:12 (UTC +04:00)

Bakı - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. 

 
BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət müzakirə edilib, əsas diqqət ölkə iqtisadiyyatında baş verən proseslərə yönəldilib. 
 
Hökuməti iqtisadi islahatları sürətləndirməyə çağıran BAXCP Neft Fonduna daxil olan vəsaitlərin həcminin əhəmiyyətli dərəcədə azalmasına diqqət çəkib. BAXCP hesab edir ki, Neft Fondunun fəaliyyəti ilə bağlı aparılan araşdırmalar bu qurumun idarəçiliyində olan vəsaitlərdən səmərəli istifadə etmədiyini göstərir. İH üzvləri belə olduğu təqdirdə Neft Fondunun ayrıca bir qurum kimi fəaliyyət göstərməsinə ehtiyac qalmadığını bildiriblər və onun səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsini məqsədəuyğun sayıblar.  
 
BAXCP İdarə Heyəti təklif edib ki, dövlət büdcəsindən idarəetmənin təşkilinə ayrılan vəsaitlərə qənaət edilməsi məqsədilə aparılan struktur islahatları çərçivəsində məmur ordusunun sayı azaldılsın, ölkə ərazisi üzrə 8 və yaxud 9 bölgədə yerli dövlət hakimiyyəti və idarəetmə orqanları yaradılsın, mövcud ərazi idarəetmə bölgüsü üzrə fəaliyyət göstərən bütün yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətləri xalqın seçdiyi yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə verilsin. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR