Bank Of Baku

Bayram karvanı “Atəşgah”dan od götürərək geri qayıdıb

Bayram karvanı “Atəşgah”dan od götürərək geri qayıdıb
# 14 mart 2017 12:37 (UTC +04:00)

Bayram karvanı “Atəşgah”dan od götürərək geri qayıdıb. APA-nın məlumatına görə, bu gün səhər “ilaxır çərşənbə” günü münasibəti ilə metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə Novruz personajları Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qrupları dəvələr, süvarilər və faytonların müşayiəti ilə bayram karvanı “Suraxanı Atəşgahı”na  yola düşüb.

 

“Atəşgah”dan od götürən bayram karvanı geriyə qayıdaraq hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçib. Karvan “Fəvvarələr meydanı”ndan “Gənclər meydanı”na gələrək bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da bayram konserti olacaq.

 

Bayram tədbiri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR