Bank Of Baku

Cəmil Həsənli: “”El” Hərəkatının Milli Şuradan getməsini istəmirəm”

Cəmil Həsənli: “”El” Hərəkatının Milli Şuradan getməsini istəmirəm”
# 11 yanvar 2014 11:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “El” Hərəkatının Milli Şuradan getməsini arzulamıram”. Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.

 

C. Həsənli “El” Hərəkatının gələn həftə Milli Şurada fəaliyyətini davam etdirməklə bağlı qərar verəcəyinə inandığını söyləyib. O, Milli Şuranın sədri kimi barışdırıcı mövqedə durmaması, kollegiallıq iqlimini pozması və Milli Şuranı yaradanlardan biri olan “EL” hərəkatına hücumlar etməsi barədə hərəkatın sədr müavini Zəfər Quliyevin ittihamlarına isə cavab vermək istəməyib.

 

C. Həsənli gələn həftə Milli Şuranın sessiyasının keçiriləcəyini, bununla bağlı Milli Şura üzvləri ilə görüşlərinin davam etdiyini də bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR