Bank Of Baku

Milli Şuranın növbəti sessiyası martın sonunda keçiriləcək

Milli Şuranın növbəti sessiyası martın sonunda keçiriləcək
# 19 mart 2014 14:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şuranın növbəti sessiyası martın sonlarında keçiriləcək”. Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.

 

Onun sözlərinə görə, qurumun sessiyası mart ayında, Novruz bayramı tətilindən sonrakı günlərdə keçiriləcək. Sessiyanın harada keçiriləcəyinə gəlincə, C.Həsənli bu barədə məlumat veriləcəyini qeyd edib.

 

APA-nın əldə etdiyi məlumata görə, sessiya KXCP-nin mənzil-qərargahında keçiriləcək.

 

Xatırladaq ki, Müsavat partiyası Milli Şuranı tərk etdikdən sonra qurumun sessiyası adətən AXCP-nin qərargahında keçirilib. Lakin partiya qərargahında baş verən partlayışla əlaqədar bina qəzalı vəziyyətə düşdüyündən, qərargah köçürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR