Bank Of Baku

Davudoğlu: “Türkiyə YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər”

Davudoğlu: “Türkiyə YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər”
# 13 fevral 2016 17:15 (UTC +04:00)

Bakı-APA. Türkiyə Silahlı Qüvvələri, lazım gələrsə, YPG-yə qarşı hərbi əməliyyat keçirə bilər. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

 

“Biz, lazım gələrsə, İraq və Qəndildə atdığımız addımları Suriyada da təkrarlaya bilər”, deyə Davudoğlu Türkiyə Hərbi-Hava Qüvvələrinin ötən il PKK silahlılarının İraqın şimalındakı mövqelərinə qarşı keçirdiyi əməliyyatı nəzərdə tutaraq bildirib.    

 

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR