Bank Of Baku

Dövlət başçısı müddətli hərbi xidmətə çağırılma və ehtiyata buraxılma haqqında Sərəncam imzalayıb

Dövlət başçısı müddətli hərbi xidmətə çağırılma və ehtiyata buraxılma haqqında Sərəncam imzalayıb
# 05 dekabr 2015 15:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Sərəncama əsasən, 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1981-1997-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2016-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

 

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR