Bank Of Baku

Əli Əhmədov: “Azərbaycan müasir inkişaf modelinə korrektələr etməklə yeni inkişaf mərhələsinə keçəcək”

Əli Əhmədov: “Azərbaycan müasir inkişaf modelinə korrektələr etməklə yeni inkişaf mərhələsinə keçəcək”
# 24 dekabr 2015 09:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2015-ci ilin yekunlarına həsr edilmiş “Yeni hədəflər naminə” mövzusunda konfransda baş nazirin müavini, YAP icra katibi-sədr müavini Əli Əhmədov deyib. O bildirib ki, partiyanın möhtəşəm qələbəsinin əsas səbəbi xalqın prezident İlham Əliyevə olan inamı və onun həyata keçirdiyi siyasəti dəstəkləməsidir.

 

Ə. Əhmədov digər tarixi hadisə kimi Birinci Avropa Oyunlarını göstərib: “Bu oyunlarda Azərbaycan öz böyük imkanlarını dünyaya tanıtdı”.
 
Baş nazirin müavini qeyd edib ki, 2016-cı ildə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi gözlənilir: “İndiyə qədər, 10 il ərzində Azərbaycan dünya miqyasında ən sürətli inkişafa nail olan ölkə kimi təqdim edildi. Azərbaycanın simasının dəyişməsi hər birimizdə qürur oyadır. Azərbaycan dünya birliyində özünə layiqli yer tuta bilib. Qarşıda Azərbaycanın inkişafının yeni mərhələsinin formalaşdırılması vəzifəsi dayanır. Təbii sərvətlərdən istifadə edərək Azərbaycanın inkişafına şərait yaradan imkandan sürətli inkişafın fəlsəfəsi modelinin yaranması mərhələsinə keçməliyik. Bu mənada qarşımızda möhtəşəm vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan müasir inkişaf modelinə korrektələr etməklə, yeni inkişaf mərhələsinə qalxmaq vəzifəsini yerinə yetirəcək”. 
 
Ə. Əhmədov dövlət başçısının ad günü ilə bağlı təbrikini də çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR