Bank Of Baku

Ermənistanda rusiyalı hərbçi qətlə yetirilib - YENİLƏNİB

Ermənistanda rusiyalı hərbçi qətlə yetirilib - <span style="color: red;">YENİLƏNİB
# 22 aprel 2017 18:02 (UTC +04:00)

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının əsgərinin qətli ilə bağlı cinayət işi başlanıb.

 

APA-nın “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, qətlə yetirilən hərbçinin müqavilə əsasında xidmət çəkən 21 yaşlı Dmitri Yalpayev olduğu müəyyən edilib.

 

Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.  

 

 

**** 19.51

 

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb.  

 

APA-nın  “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb.

 

Məlumata görə, meyitin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib.  

 

Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR