APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar.
Mənzilə baxış keçirilərkən vətəndaş mənzildə yatmış vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:50-də başa çatıb.