Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, hesabatda ötən il dünya iqtisadiyyatında mənfi meyllər gücləndiyi, iqtisadi fəallıq zəiflədiyi əksini tapıb.
"Bu proses Azərbaycandan da yan ötməyib. Amma Azərbaycan prezidentinin apardığı uğurlu siyasət nəticəsində bunun ölkəmizə təsiri az olub. Azərbaycan investisiya qoyuluşlarına görə ən cəlbedici ölkələr sırasındadır. Ötən il ərzində sosial-iqtisadi infrastruktur layihələrinə 16 milyard manata yaxın sərmayə qoyulub”, - deyə spiker bildirib.
Daha sonra baş nazir Artur Rasizadə hökumətin hesabatını təqdim etməyə başlayıb.
Hökumətin 2015-ci il üzrə hesabatı MM-də müzakirəyə çıxarılıb
15 mart 2016 09:11 (UTC +04:00)
Daxili siyasət
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib, başqanın 6 müavini təyin edilib
16:23
18 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024