Bakı. Etibar Məmmədov - APA. Ümid Partiyasında yeni təyinatlar olub.
Partiyadan APA-ya verilən məlumata görə, sədr İqbal Ağazadə özünə yeni müavinlər təyin edib.
Xanlar Abbasov Gənclərlə iş, Qədir Aslanov İnsan hüquqları və əsas azadlıqların qorunması, İsmayıl Mirzəcanov isə İnzibati ərazi və bələdiyyə məsələləri üzrə sədr müavini təyin ediliblər.