Bakı. Etibar Məmmədov - APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilatçılığı ilə İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib.
APA-nın məlumatına görə, piket Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təşkil olunub.
Piket iştirakçıları İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına etiraz edib, onlarla həmrəylik nümayiş etdirərək, şüarlar səsləndiriblər.
Sonda piketin qətnaməsi oxunaraq səfirliyə təqdim olunub.