Bakı. Ramiz Mikayıloğlu - APA. “Müasir dövrdə çoxlu çağırışlar ortaya çıxıb, təhdidlər yaranıb. SSRİ dağılıb, artıq Çinin iqtisadi gücünü nəzərə almamaq olmaz”.
APA-nın məlumatına görə, bunu bu gün IV Qlobal Bakı Forumunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib. Forumun “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edildiyini nəzərə çatdıran İ. Serageldin Yunanıstan böhranının bazar iqtisadiyyatının da bir çox problemi ortaya çıxardığını göstərdiyini qeyd edib: “”Çoxqütblü dünyaya doğru” şüarı ilə əməkdaşlıq etməyə can atan dövlətlərin sayı çoxalıb. “Əl-Qaidə” terror təşkilatı Qərbdə müsəlman əhaliyə qarşı münasibəti pisləşdirib. Bu, tək iqtisadi deyil, sosial, mədəni məsələlərdir. Ona görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması qərara alınıb. Biz anladıq ki, get-gedə çoxqütblü dünyaya doğru gedirik”.
Həmsədri bildirib ki, Forumda Suriya mövzusu ayrıca müzakirə olunacaq: “Eyni zamanda biz İran və Əfqanıstan kimi ölkələrin özünəməxsusluğunu nəzərə almalıyıq. Başa düşməliyik ki, bu dünyada problemləri həll etmək üçün əməkdaşlıq etməliyik, demokratiyanın inkişaf etdiyi Avropa və ABŞ-da da cəmiyyətlər bölünür, demokratiya problemlərlə qarşılaşır. Ekstremizmin qarşısının alınması üçün daha çox gəncin İKT-yə cəlb olunmasına ehtiyac var. Müasir düşüncə tərzi ekstremizmin aradan qalxmasına zəmin yarada bilər. Biz demokratiyanı insanların hüquqlarını pozan amillərlə ölkələrimizdə tətbiq etməyə çalışmamalıyıq”.