Bank Of Baku

İsrail hökuməti Fələstin ərazilərində yeni yaşayış məskənləri salacağını təsdiqləyib

İsrail hökuməti Fələstin ərazilərində yeni yaşayış məskənləri salacağını təsdiqləyib
# 24 yanvar 2017 22:36 (UTC +04:00)

İsrail hökuməti İordan çayının qərb sahilindəki yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.   

 

APA-nın “Jerusalem Post”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.   

 

Baş nazir Binyamin Netanyahu da, öz növbəsində, İsrailin məskunlaşma siyasətini davam etdirəcəyini bəyan edib.

 

Qeyd edək ki, 2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.  

 

Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 mln. dollar azaldıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR