Bakı. Ramiz Mikayıloğlu - APA. Konstitusiya Məhkəməsi 10 gün müddətində 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiqləyəcək.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə təkrar seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası bu gün iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.