Bank Of Baku

Lalə Şövkətin partiyası Müsavatla əməkdaşlığın şərtini açıqlayıb

Lalə Şövkətin partiyası Müsavatla əməkdaşlığın şərtini açıqlayıb
# 23 yanvar 2014 08:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Müsavat Partiyasının qurultayı keçirilərsə, İsa Qəmbər başqan postundan gedərsə, intellektual potensialı, siyasi təcrübəsi olan şəxslərdən biri Müsavata başqan seçilərsə, o halda Liberal Partiya Müsavat Partiyası ilə əməkdaşlıq edəcək”.

 

Bunu APA-ya açıqlamasında Liberal Partiyanın sədri Əvəz Temirxan söyləyib.

 

Ə. Temirxan deyib ki, bu halda Müsavat Partiyası artıq konflikt mənbəyinə çevrilməyəcək. O, Müsavat Partiyasında başqan postuna seçilməyə layiq xeyli sayda ləyaqətli şəxsin olduğunu da qeyd edib.

 

Ə. Temirxan Müsavat Partiyasının Milli Şuranı tərk etməsini müxalifətin xeyrinə olduğunu bildirib: “Daha doğrusu, Müsavat Partiyasındakı bir dəstənin Milli Şuradan getməsi müxalifətin təmizlənməsidir. Milli Şuranın artıq canlanmağa başlaması da bunun göstəricisidir”.

 

Ə. Temirxan Liberal Partiyanın Milli Şuraya qayıtması barədə müraciət olmadığını, partiyada da hələlik bu məsələnin müzakirə edilmədiyini açıqlayıb. 

 

Qeyd edək ki, Liberal Partiyanın lideri Lalə Şövkətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR