Bank Of Baku

Məhkəmə Müsavatın qurultayının nəticələrinin ləğvi barədə iddianı təmin etməyib

Məhkəmə Müsavatın qurultayının nəticələrinin ləğvi barədə iddianı təmin etməyib
# 15 fevral 2016 14:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Binəqədi Rayon Məhkəməsində Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin şikayəti əsasında məhkəmə prosesi keçirilib.

 

APA-nın məlumatına görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmədə şikayətlərə baxılıb, vəsatətlər qaldırılıb.

 

Məhkəmə qurultayın nəticələrinin ləğv olunması ilə bağlı iddianı təmin etməyib.

 

Müsavat Qadınlar Təşkilatının sabiq sədri Ellada Məmmədli APA-ya açıqlamasında deyib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.

 

Qeyd edək ki, Müsavatın ötən il sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı partiya başqanı seçilib. Qurultayın nəticəsindən narazı qalanlar isə məhkəməyə müraciət edərək, nəticələrin ləğv olunmasını tələb ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR