Bank Of Baku

Milli Məclisdə bələdiyyələrin illik fəaliyyətinə dair məruzə qəbul olunub - YENİLƏNİB

Milli Məclisdə bələdiyyələrin illik fəaliyyətinə dair məruzə qəbul olunub - <span style="color: red;">YENİLƏNİB
# 14 fevral 2017 11:08 (UTC +04:00)

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul olunub.

 

APA-nın məlumatına görə, məruzənin müzakirəsi zamanı bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra irad və təkliflər səsləndirilib. 

 

Deputat Qənirə Paşayeva bildirib ki, bələdiyyə sədrləri vəzifələrini bilmirlər: “İillər keçməsinə baxmayaraq, hələ də bələdiyyə institutunun nə olduğu bilmirlər. Məsələn, hesabatda Qobu bələdiyyəsi ilə bağlı faktlar qeydə alınıb. Orada yaşayan jurnalist dostlarımız var və bu barədə yazırlar. Orada elə məsələ yoxdur ki, problem olmasın. Sözügedən bələdiyyədə 900 min vəsait “silinib”. Maraqlıdır, həmin vəsait geri qaytarılıbmı? Düzdür, bələdiyyə sədri işdən çıxarılıb, amma bu, böyük vəsaitdir, taleyi nə yerdə qalıb”.

 

Deputat Fəzail İbrahimli isə bələdiyyədən çox ona nəzarət edən inzibati orqana etiraz edib: “Seçkili orqana necə inzibati nəzarət etmək olar? Onda Milli Məclisə də inzibati nəzarəti həyata keçirən orqan təyin edək”.
 
O qeyd edib ki, nəzarət məsələsi Ədliyyə Nazirliyinin səlahiyyətində qalmalıdır: “Amma inzibati sözü seçkili orqana heç cür uyğun gəlmir”.

 

Birinci vitse-spiker Ziyafət Əsgərov deputata belə cavab verib: “Mən bilmirəm ki, sizin niyə inzibati sözündən xoşunuz gəlmir. Xoşunuza gəlsə də, gəlməsə də elə inzibati olmalıdır. Əvvəla, bu, Konstitusiyada yazılıb. Nazirlik səlahiyyətini aşmır, əksinə, bələdiyyə üzvlərinin maarifləndirilməsini həyata keçirməlidir”.

 

Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, irad və təkliflər növbəti ildə nəzərə alınacaq.

 

Məruzə səsə qoyularaq qəbul olunub. 

***

13:17

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında bələdiyyələrin illik fəaliyyətinə dair məruzə təqdim olunub.

 

APA-nın məlumatına görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Məruzədə bildirilir ki, 2016-cı ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan müraciətlər daxil olub, bələdiyyə aktlarının ekspertizası aparılıb: “Ümumilikdə, vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Bu müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145 müraciət torpaq sahələrinin sənədləşdirilməməsi, 557 müraciət isə torpaq mübahisələri ilə əlaqədardır. Torpaq mübahisələri vətəndaşlarla bələdiyyələr və vətəndaşların aralarında olub. Müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. Bunlardan 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilib. Müraciətlər üzrə 18 fakt üzrə çox ciddi pozuntu aşkarlanıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla, il ərzində 58 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi başlanıb. Bu işlərlə bağlı bir məhkəmə qərarı verilib. Ötən il Qusar rayonunun Samur bələdiyyəsində 70 hektar torpağın 30 min manata qanunsuz satılması, torpaqların şübhəli sənədlərlə xüsusi mülkiyyətə verilməsi faktı aşkarlanıb. 2016-cı ildə 8359 hektar qanunsuz verilən bələdiyyə torpağı bələdiyyələrə qaytarılıb”.

 

Məruzə ətrafında müzakirələr gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR