Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra sənədlərə dəyişiklik edilib.
APA-nın məlumatına görə, bunlar Əmək, İnzibati Xətalar məcəllələri, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Dövlət rüsumu haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", “Avtomobil yolları haqqında", "Təhsil haqqında" və "Bələdiyyə qulluğu haqqında" qanunlardır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.