Bank Of Baku

Milli Məclisdə bir deputat iki komitədə təmsil oluna biləcək

Milli Məclisdə bir deputat iki komitədə təmsil oluna biləcək
# 18 dekabr 2015 14:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin iclasında “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna və Milli Məclisin daxili Nizamnaməsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən Milli Məclisin komitələri aşağıdakılardan ibarət olacaq:

 

Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsi, İnsan hüquqları komitəsi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, Aqrar siyasət komitəsi, Əmək və sosial siyasət komitəsi, Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, Gənclər və idman komitəsi, İctimai birliklər və dini qurumlar komitəsi, Regional məsələlər komitəsi, Elm və təhsil komitəsi, Mədəniyyət komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi. 

 

MM-in mövcud qüvvədə olan komitələri isə bunlardır: Hüquq siyasəti və dövlət quruculuğu, Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar, Energetika və ekologiya, Aqrar siyasət, Sosial siyasət, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitələri. Mövcud Sosial siyasət komitəsinin səlahiyyətlərindən idman, gənclər və səhiyyə ilə bağlı məsələlər alınaraq yeni yaradılan Səhiyyə, Gənclər və idman komitələrinə verilib.

 

Bundan başqa, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin səlahiyyətindən korrupsiyaya qarşı mübarizə ilə bağlı məsələlər səlahiyyətləri artırılan Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinə verilir. Nizamnaməyə edilən dəyişikliyə əsasən isə bir deputata iki komitədə təmsil olunmaq icazəsi və komitə sədrlərinə növbədənkənar çıxış etmək hüququ da verilir.

 

Layihələr səsə qoyularaq qəbul olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR