Bank Of Baku

Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 14 məsələ daxil edilib

Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 14 məsələ daxil edilib
# 26 aprel 2017 14:06 (UTC +04:00)

Milli Məclisin mayın 2-də keçiriləcək plenar iclasının gündəliyinə 14 məsələ daxil edilib.

 

APA-nın məlumatına görə, gündəlikdə “Turizm haqqında” qanun layihəsi, “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limitet şirkəti ilə Umid, Babək Eksploreyşn and Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi, “Diplomatik xidmət haqqında” qanunda dəyişiklik, “Pasportlar haqqında” qanunda dəyişiklik, “Dərman vasitələri haqqında” qanunda dəyişiklik, “Yeyinti məhsulları haqqında” qanunda dəyişiklik, İnzibati Xətalar Məcəlləsində dəyişiklik, Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi, “Daşınar əmlakın yüklülüyü haqqında” (ikinci oxunuş), “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihələri var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR