Bank Of Baku

Milli Məclisin növbəti plenar iclasının gündəliyi təsdiqlənib

Milli Məclisin növbəti plenar iclasının gündəliyi təsdiqlənib
# 11 mart 2016 07:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasının gündəliyi təsdiqlənib.

 

Milli Məclisdən APA-ya bildirilib ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. İclasda həmçinin, “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR