Bakı. Etibar Məmmədov - APA. Bu gün Milli Şuranın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.
APA-nın məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Toplantıda yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar Bakının Novxanı kəndindəki abidəsi önündə mitinq keçirilməsi barədə qərar qəbul edilib.