Bank Of Baku

Milli Şuranın bir qrup üzvü qurumdakı narazılıqla bağlı bəyanat yayıb

Milli Şuranın bir qrup üzvü qurumdakı narazılıqla bağlı bəyanat yayıb
# 22 avqust 2013 13:11 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Milli Şuranın bir qrup üzvünün avqustun 22-də yaydığı müraciətdə bildirilib.

 

Müraciəti imzalayanlar quruma daxil olan təşkilatların öz namizədləri ilə seçkiyə getməsinin Milli Şuranın fəlsəfəsinə, prinsiplərinə və məramına uyğun olmadığını bildiriblər: “Eyni zamanda bu yol seçkidə uğur vəd etmir və Milli Şuranın özünün mövcudluğunu təhlükə altına salır”.

 

Müraciət müəllifləri qurumun avqustun 21-ə nəzərdə tutulmuş sessiyasının avqustun 26-da keçirilməsi barədə qərarı başa düşmədiklərini bildiriblər: “Bu yanlış razılaşmanı müzakirə edərkən qurumun müstəqil üzvlərinin - ziyalıların, vətəndaş cəmiyyəti fəallarının, gənclər təşkilatlarının və hətta bəzi siyasi partiyaların iştirakının təmin edilməməsini də pisləyirik”.

 

“Bizlər EL Hərəkatı, ACP, ALP və KXCP-nin bu məsələdə tutduğu mövqeyi qınayır və anlamırıq. Biz 19 avqust tarixində müxtəlif namizədlərlə seçkiyə getməyə hazır olan və bu məqsədlə hazırladıqları memorandumu Milli Şurada müzakirəyə çıxaran qüvvələrin sessiyada vahid namizədlə bağlı iradə ilə qarşılaşdıqdan sonra yekun qərarın qəbulunu bir həftə ertələməsinin səbəbinə izah tapa bilmirik. Eyni zamanda bu günədək mövqelərinin lehinə səsləndirdikləri yeganə arqument kimi bir ehtiyat vahid namizədin irəli sürülməsinin Rüstəm İbrahimbəyovun namizədliyinə kölgə salacağı halda bir neçə namizədin bunu etməyəcəyi ilə bağlı məntiqini anlamaqda çətinlik çəkirik. Təəssüf ki, bu partiya rəhbərləri konsensusu əsas gətirərək Milli Şuranın seçkidə iştirakı ilə bağlı qeyri-müəyyən və səbəbləri kifayət qədər qaranlıq olan durumu davam etdirir, qurumun yeni vahid namizədinin müəyyənləşməsini əngəlləyirlər”.

 

Müraciətdə avqustun 26-da keçiriləcək sessiyada qəti qərarın veriləcəyinə əmin olunmadığı bildirilib: “Biz hesab edirik ki, Milli Şuranın sessiyası təcili çağırılmalı, yeni vahid namizədin müəyyənləşməsinə qərar verilməli, qurumun seçkidə iştirakını sual altına qoyan vəziyyət aradan qaldırılmalıdır”.

 

Bəyanatı Arif İsmayılbəyli, Cəmil Hacıyev, Felmar Ələkbərli, Fuad Ağayev, Gültəkin Hacıbəyli, Leyla Əliyeva, Namizəd Səfərov, Mehman Əliyev, Mehriban Vəzir, Məcid Məcidli, Mirvari Qəhrəmanlı, Ramin Hüseynov, Rövşən Almuradlı, Samir Əsədli, Şahvələd Çobanoğlu, Ülvi Həsənli, Vidadi Mirkamal imzalayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR