Bank Of Baku

Milli Şuranın növbəti sessiyasının vaxtı açıqlanıb

Milli Şuranın növbəti sessiyasının vaxtı açıqlanıb
# 21 avqust 2013 12:40 (UTC +04:00)

APA-nın məlumatına görə, Rüstəm İbrahimbəyovun İçəri Şəhərdəki ofisində keçirilən yığıncaqda Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan və Milli Şuranın İcra Aparatının rəhbəri, “El” hərəkatının sədri Eldar Namazov iştirak edib.

 

Görüşdə Milli Şuranın prezident seçkisində iştirak formatı müzakirə olunub. Qurum üzvləri vahid namizədin müəyyənləşdirilməsi məsələsində yaranan çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün yollar axtarıblar.

 

İclas saat 15.00 radələrində yekunlaşıb. Görüşün nəticəsini gözləyən mətbuat nümayəndələrinə isə yığıncaqla bağlı müfəssəl məlumat verilməyib. Bəzi məlumatlara görə, toplantıda müəyyən qərarlar qəbul olunub.

 

Qərarlardan biri də Milli Şuranın növbəti sessiyasının avqustun 26-da keçirilməsi ilə bağlıdır.     

 

Görüşlə bağlı geniş məlumat isə E. Namazov tərəfindən keçiriləcək brifinqdə veriləcək.

 

Qeyd edək ki, hazırda “El” hərəkatının yığıncağı öz işinə başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR