Bakı. Etibar Məmmədov-APA. Müsavat Partiyası “Antiböhran koalisiyası”nın siyasi müxalifətin problemləri haqqında debatın təşkil edilməsi barədə müraciətinə müsbət cavab verməyib.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
Bu barədə qərar bu gün Müsavat Partiyasının Divanında qəbul edilib. G. Aslanlı “Antiböhran koalisiyası”nın müraciətinə mənfi cavab verilməsinin səbəbini açıqlamayıb.
Xatırladaq ki, “Antiböhran koalisiyası”na Böyük Azərbaycan, Klassik Xalq Cəbhəsi, Azadlıq, “Gələcək Azərbaycan”, Milli Konqres, Azərbaycan Liberal Demokrat, Azərbaycan Xalq, Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf partiyaları, “Ağ Blok” və digər təşkilatlar daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib. “Antiböhran koalisiyası”nın Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) siyasi müxalifətin problemləri haqqında debatın təşkil edilməsi barədə müraciət edib. AXCP funksioneri İlham Hüseyn də APA-ya açıqlamasında AXCP-nin bu müraciətə mənfi yanaşdığını bildirmişdi.